"Neftçi"də işlər müəyyən qədər yoluna düşmüş kimi görünür.
Premyer Liqada "Şamaxı"nı məğlub edən (1:0) "ağ qaralar" ardınca Ölkə Kubokunda "Kəpəz" üzərində də qələbəyə sevindi - 2:0.
Gördüyünüz kimi, hücum xətti kimi müdafiə də etibarlı çıxış sərgiləyib.
Paytaxt klubu uzun müddət idi belə uğurlu seriya yaxalaya bilmirdi.
Qarşıdan isə daha ağır sınaq gəlir. Bu dəfə rəqib ötən yay Konfrans Liqasında pley-offa qədər yüksəlmiş "Zirə"dir.
"Qartalar" bu mövsümü də uğurla keçirir.
Belədə qələbə seriyasını davam etdirmək elə də asan görünmür.
Amma komandanın önəmli siması Emin Mahmudov uğura çox inanır.
Yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında yoldaşlarına olan inamını açıq şəkildə dilə gətirib:
"Kəpəz"lə ağır səfər görüşündən sonra bərpa olunmaq vacibdir. Bunu etməliyik ki, görüşə hazır olaq.
Bəli, rəqib hazırda formadadır. Lakin qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
XANOĞLAN