Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü ondan qalan evi satıb.
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni Niyam Salami "Bir gün" verilişində deyib.
O bildirib ki, Gülü İnşaatçılar metrostansiyasının yaxınlığında olan mənzili satıb:
"İndi başqa yerdən ev alıb. Özü satıb, övladı, qohumu yoxdur ki, kimsə satsın".
Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov 2021-ci ildə koronavirusdan vəfat edib.
Bizim.Media