EN

"Adana Dəmirspor"un "Qalatasaray"la oyunda meydanı tərk etməsinin PƏRDƏARXASI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qalatasaray" - "Adana Dəmirspor" matçının 30-cu dəqiqəsində meydanı tərk edən qonaq komandanın bu addımı nə üçün atmasının səbəbi bəlli olub.
Oxu.Az "Ntvspor"a istinadən xəbər verir ki, "Adana Dəmirspor"un sabiq prezidenti Murat Sancak bu qərarı özünün qəbul etdiyini və komanda meydanı tərk etmədən öncə məsələ ilə bağlı Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğluna məlumat verdiyini bildirib.
Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu Murat Sancakla telefon danışığı zamanı "Adana Dəmirspor" klubunun sabiq prezidentinin qərarının doğru olduğunu və onu dəstəklədiyini deyib.  
Qeyd edək ki, "Qalatasaray" - "Adana Dəmirspor" matçı meydan sahiblərinin 1:0 üstünlüyü ilə davam edərkən qarşılaşma 30-cu dəqiqədə qonaq komandanın meydanı tərk etməsi nəticəsində dayandırılıb.
Chosen
10
1
oxu.az

2Sources