Sərnişinlər Badamdar qəsəbəsi istiqamətində hərəkət edən ictimai nəqliyyat vasitələrindən şikayətlənirlər.
Xezerxeber.az-ın xəbərinə görə, onlar deyir ki, 29, 31 və 53 saylı avtobusları bəzən saatlarla gözləməli olurlar. Üstəlik nəqliyyat vasitələri köhnə olduğundan tez-tez yolda qalır və sərnişinlər mənzil başına gec çatırlar. Onlar avtobusların vaxtı-vaxtında gəlməsini, həmçinin daha müasir və komfortlu nəqliyyat vasitələrinin istifadəyə verilməsini istəyirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Daşıyıcılara, xüsusilə günün pik saatlarında sərnişin tələbatına uyğun olaraq avtonəqliyyat vasitələrinin sayını artırmaları və sürücülərin hərəkət cədvəlinə riayət etmələri tapşırılıb.
Qurumdan o da bildirildi ki, paytaxtda müntÉ™zÉ™m marÅŸrut xÉ™ttlÉ™ri üzrÉ™ avtobusların yenilÉ™nmÉ™si, eyni zamanda müsabiqÉ™yÉ™ çıxarılması istiqamÉ™tindÉ™ müvafiq iÅŸlÉ™r hÉ™yata keçirilir. 29, 31 vÉ™ 53 nömrÉ™li müntÉ™zÉ™m marÅŸrutlar da müsabiqÉ™yÉ™ çıxarılacaq vÉ™ avtobuslar yenilÉ™ri ilÉ™ É™vÉ™zlÉ™nÉ™cÉ™k. Â
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.