EN

Avropada təbii qaz qiymətləri kəskin bahalaşıb

Bakı.Trend:

Avropada təbii qaz qiymətləri iki illik maksimumuna çatıb.Yanacağın bahalaşmasına səbəb regionda havaların soyuq keçməsifonunda yeraltı anbarlarda olan qaz ehtiyatlarının tükənməkdəolması, həmçinin, yeni tədarüklərdə problemlərin yarancağı iləbağlı proqnozlardır.

Trend xəbər verirki, bu haqda “Bloomberg” yazır.

Fevralın 10-da Avropada qaz etalon fyuçersləri 4,1% bahalaşaraq– 58 avro/Mvt-saat-a qədər qalxıb. Bu, agentliyin bildirdiyinəgörə, 2023-cü ilin fevral ayından bəri ən yüksək göstəricidir.Yaxın aylar üçün Niderland qazının fyuçersləri 2,7% bahalaşıb(57,26 avro/Mvt-saat).

Temperaturun aşağı olması ilə əlaqədar Avropada isitməyə olantələbat qarşıdakı günlərdə daha da arta bilər. Bu, əsasən, regionunşimal-qərb zonası üçün proqnozlaşdırılır. Bundan başqa, bərpa olunabilən enerji ehtiyatlarının lazımınca yığılmamasına səbəbküləklərin zəifləməsi olub ki, bu da öz növbəsində avropalılarınqaz istehlakını artırıb

Məqalədə:
Chosen
10
az.trend.az

1Sources