EN

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı hazırlıq işləri görülür

Bakı.Trend:

Bakının Xətai rayonunda "Ana fəryadı" abidəsinin yerləşdiyiparkda Xocalı soyqırımının 33-cu ildönümü ilə bağlı hazırlıq işlərigörülür.

Bunu Trend-əaçıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi vəhumanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

Onun sözlərinə görə, parkda abadlıq, təmizlik işləri görülür,yeni güllər əkilir.

"Hər il olduğu kimi, bu il də Xocalı prospekti boyu binalarınfasadlarına, hasarlara soyqırımına aid bannerlərin vurulmasınəzərdə tutulur. Hazırda çatışmazlıqlar aradan qaldırılır. İşləryaxın zamanda yekunlaşacaq", - deyə P.İmanov qeyd edib.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənihərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi iləXocalı şəhərinə hücum edib. Xocalı soyqırımı zamanı şəhərin 5379nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girovgötürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, ocümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1000 nəfər müxtəlifyaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamiləməhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isəvalideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq,70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb.

Məqalədə:
Chosen
20
2
az.trend.az

3Sources