EN

Vaşinqtonla danışıqlar Tehranın kapitulyasiyası olar

Prezident Donald Tramp İran xalqına qarşı maksimum təzyiq siyasətinə yürüdür.

ABŞ-nin məqsədi İranı yeni bir razılaşmaya məcbur edərək kapitulyasiyaya sövq etməkdir, lakin Tehran təzyiq altında danışıqlar aparmaq niyyətində deyil.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib: 

"ABŞ Prezidenti İran xalqına qarşı maksimum təzyiq siyasətinə edir. Ən maraqlısı odur ki, İrana misli görünməmiş təzyiqlər tətbiq edən fərmanı imzaladığı vaxtda danışıqlara hazır olduğunu bildirirdi. Onun məqsədi bizi aldatmaqdır. Biz niyə ABŞ ilə təzyiq altında danışıqlar aparmalıyıq? Bunun harası məntiqlidir? 

Hansı sağlam düşüncəli insan təzyiq və təhdidlər altında danışıqlara razılaşar? Onların bu danışıqlardakı məqsədi bizi təslim olmağa məcbur etməkdir. İran heç vaxt təslim olmayacaq", - deyə mətbuat xidməti nazirin bəyanatını yayıb. 

Əraqçi bu çıxışını Tehranda İslam İnqilabının 46-cı ildönümünə həsr olunmuş tədbirdə edib. 

Xatırladaq ki, 4 fevralda Tramp ABŞ-nin İran üzərində maksimum təzyiq siyasətini bərpa edən fərmanı imzalayıb. 

Bu sənəd Vaşinqtonun İran neftinin ixracını azaltmaq üçün səylərini artırmasını nəzərdə tutur. Eyni zamanda, ABŞ Prezidenti İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşə açıq olduğunu bildirib və Tehranla "əla bir razılaşma" əldə etmək istədiyini söyləyib. 

Ayətullah Əli Xameneyi bəyan edib ki, ABŞ ilə danışıqlar aparmaq olmaz, çünki onlar artıq bir dəfə İranı aldatmışdılar. O, Vaşinqtonun 2015-ci ildə Tehranla nüvə sazişi bağladığını, lakin onun şərtlərinə əməl etmədiyini, İrana qarşı sanksiyaları ləğv etmədiyini və 2018-ci ildə bu razılaşmadan birtərəfli qaydada çıxdığını xatırladıb. 

Chosen
21
cebheinfo.az

1Sources