EN

Başqırdıstanda məsciddə qadağan olunmuş ədəbiyyat tapılıb: Molla cərimələndi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Başqırdıstan Respublikasında Meleuz şəhərindən olan molla Adolf Hitler haqqında kitaba görə cərimələnib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ufa-news.net" nəşri məlumat verib.
Məlumata görə, Nuquş kəndində yerləşən məsciddə faşist Almaniyası və İtaliyası haqqında qadağan olunmuş ədəbiyyat tapılıb.
Məscidin imamı Azamat Yakşeyev kitabı hansısa ziyarətçinin qoyub getdiyini iddia edib. Lakin prokurorluq buna inanmayıb və bunu ekstremist materialların saxlanması kimi qiymətləndirib.
Nəticədə molla iki min rubl (təxminən 35 manat) məbləğində cərimələnib, sözügedən kitab isə məhv edilib.
Chosen
13
oxu.az

1Sources