EN

Bu sürücü eyni anda iki qayda pozub təhlükə yaratdı - 10-PM-317 - VİDEO

Bakıda sürücünün törətdiyi qayda pozuntuları anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 1-də, paytaxtın Bayıl qəsəbəsi Qurban Abbasov küçəsində qeydə alınıb.

Belə ki, 10-PM-317 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü öncə dayanmaq istəyib, lakin dönmə işığını yandırmadığı üçün, arxadan gələn sürücülərə mane olub. Daha sonra isə dayanma-durmanı qadağan edən nişanın təsiri sahəsində parklanma edərək qaydaları pozub.

Bununla kifayətlənməyən sürücü, avtomobili saxladığı zaman ön hissəsini qəfil sağa doğru çıxarıb. Bu hərəkət arxadan gələn avtomobillər üçün qəza riski yaradıb və onların sürücülərini çətin vəziyyətə salıb.

 

Fərid

Chosen
12
avtosfer.az

1Sources