EN

Malayziyanın baş naziri: Türkiyə geosiyasi gücə çevrilib

Türkiyə dünya miqyasında öz təsirini xeyli artırıb, geosiyasi gücə çevrilə bilib. Bunu Malayziyanın baş naziri Ənvər İbrahim deyib. 

Məlumatı “Anadolu” verib. 

Hökumət başçısı prezident Rəcəb Tayyib Ərdoğana Perak sultanı Nəzrin şah tərəfindən fəxri doktorluq dərəcəsinin təqdim olunduğu mərasimdə çıxış edib. Tədbir Malayziyanın paytaxtı Kuala Lumpurdakı Putraja Beynəlxalq Konqres Mərkəzində keçirilib.

“Türkiyə milli kimliyini, nüfuzunu xeyli artırmış, geosiyasi gücə çevrilmiş bir ölkədir”, - deyə Ənvər İbrahim bildirib.

Baş nazir qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri sayəsində bu gün Türkiyə əvvəlkindən daha güclüdür.

 

P.ƏMİRCANOV

XQ

 

 

 

Chosen
22
xalqqazeti.az

1Sources