FED.az Azərbaycanın ən kiçik banklarından olan “Bank Melli İran”nın gəlir mənbələrini təqdim edir.
"Bank Melli İran" kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU - HESABAT
Bank ölkəmizdən İran İslam Respublikasına və əks istiqamətdə pul köçürmələri edir. Bank ən aşağı göstəricələrlə ölkəmizin bank sistemində sonuncu yerdədir.
FED.az xəbər verir ki, 2024-cü ildə "Melli İran Bankı"nın ümumi gəliri 5 097 000 manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 54,7% artım deməkdir. Qeyd edək ki, 2023-cü ilin sonu bankın ümumi gəliri 3 293 000 manat təşkil edib.
Bankın əsas gəlir mənbəyi kredit faizləridir və bu göstərici ümumi gəlirlərin 97% təşkil edib – 5 071 000 manat. Halbuki, 2023-cü ildə kredit faizlərinin payı 94% idi və həmin dövrdə bu mənbədən daxil olan gəlir 3 098 000 manat olmuşdu.
Valyuta əməliyyatlarından əldə edilən gəlir 2024-cü ildə 1% səviyyəsində 10 000 manata bərabər olub, bu isə ötən ilin 130 000 manatlıq gəliri ilə müqayisədə əhəmiyyətli dərəcədə, daha dəqiq desək 120 000 manat (92.3%) azdır. 2023-cü ildə valyuta əməliyyatlarından əldə edilən gəlirlər ümumi gəlirlərin 3%-ni əhatə edib.
Komissiya haqqı üzrə daxil olan gəlirlərin də həcmində azalma müşhidə edilib – 45 000 manat və ya 84,9%. 2023-cü ildə komissiya haqqlarından 53 000 manat qazanan bank 2024-cü ildə cəmi 8 000 manat qazanıb.
Sözügedən gəlir mənbəsinin ümumi gəlirlərdəki payı isə 2023-cü ildə 2% təşkil edirdisə, 2024-cü ildə bu göstərici 1%-ə enib.
Digər faiz gəlirləri isə 2024-cü ildə cəmi 8 min manat olub, ötən ilin eyni dövründə isə bu rəqəm 12 min manat idi. Hər iki il ərzində digər faiz gəlirləri ümumi gəlirlərin 1%-ini əhatələyib.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir :
Min manat | ||
Gəlir mənbələri | Məbləğlər | Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri | 5 071 | 97 |
QK-a investisiyadan gəlir | 8 | 1 |
Digər banklara depozitlərdən gəlirlər | 10 | 1 |
Digər banklara kreditlərdən gəlirlər |
|
|
Komissiya haqları |
|
|
Valyuta əməliyyatlarından gəlirlər |
|
|
Digər faiz gəlirləri | 8 | 1 |
Digər qeyri-faiz gəlirləri |
|
|
|
| |
CƏMİ GƏLİRLƏR | 5 097 | 100% |