EN

"Azadlıq", "Amerikanın Səsi" birbaşa USAID və xarici əks kəşfiyyatla bağlıdır, fəaliyyətləri yenidən təşkil ediləcək” - AÇIQLAMA

“İlon Mask “Azadlıq” və “Amerikanın səsi” radiosunun bağlanması ilə bağlı çağırış edib. Artıq hər kəsə bəllidir ki, Donald Tramp Administrasiyası Amerikanın xarici siyasətində kəskin düzəlişlər edir. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin yenidən təşkil edilməsi, Amerikanın vəsaitlərinin hara gəldi xərclənməsini qarşısının alınması, aparılan çoxlu ixtisarlar deməyə imkan verir ki, buna bənzər xeyli hadisələrə şahidlik edəcəyik. Xüsusilə, USAID-nin həddindən artıq lazımsız layihələri maliyyələşdirməsi, ABŞ-nin büdcəsinə külli miqdarda zərər vurması, onun imicinə xələl gətirməsi Tramp Administrasiyası tərəfindən irəli sürülən arqumentlərdəndir. Bununla yanaşı, digər strukturlarda da  maliyyə axıntısının, lazımsız xərclərin qarşısının alınması üçün işlər həyata keçirilir. İlon Mask məhz bu proseslərə rəhbərlik edir. Nəzərə alsaq ki, bir çox maliyyə hesabatlarına Maskın birbaşa çıxışının qarşısı hazırda alınıb. Bu, o deməkdir ki, proseslər o qədər də asan irəliləməyəcək. Heç də nəzərdə tutulduğu qədər asanlıqla növbəti proseslərdə irəliləmələrə şahidlik edə bilməyəcəyik. Ancaq istənilən halda unutmamalıyıq ki, Tramp bu siyasətində israrlıdır. Xüsusilə, soyuq müharibə dövründən qalan, hələ də fəaliyyətini davam etdirən bir çox layihələrin yenidən təşkili nəzərdə tutulur. Buna da birbaşa "Azadlıq", "Amerikanın Səsi" və bu kimi soyuq müharibə dövründən qalan fəaliyyətlər aiddir. Bu məsələyə yenidən baxılması nəzərdə tutulur. Hər halda yaxın gələcəkdə biz "Azadlıq", "Amerikanın Səsi" ilə bağlı atılan addımları görə biləcəyik. Çünki onların fəaliyyətləri birbaşa USAID və xarici əks kəşfiyyatla bağlıdır. Düşünürəm, "Azadlıq", "Amerikanın Səsi" radiosunun fəaliyyətləri yenidən təşkil ediləcək”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

 

“USAID kimi soyuq müharibədən qalan layihələrin yenidən təşkilinin nəzərdən keçirilməsi deməyə imkan verir ki, boşluqları doldura biləcək alternativlər, yeni layihələr var. Kəşfiyyat, əks kəşfiyyatla bağlı orqanlara bağlı olan donorların maliyyə xərclərinin kəskin azaldılması nəticədə böyük təzyiqlərlə üzbəüz qalmaq riskini ortaya qoyur. Düşünürəm, Tramp köklü şəkildə prosesləri yeniləmək, tamamilə yeni dövrün çağırışlarına hazırlamaq istəyir. Amerikanı daha güclü etmək, əvvəlki gücünü yerinə qaytarmaq istəyən Tramp Administrasiyası hər halda ilk növbədə lazımsız xərclərin qarşısını almaq, Amerikanın xarici siyasətinə zərbə vuran, xüsusilə, media fəaliyyətini yenidən təşkil etməklə yeni imic formalaşdırmaq istəyir. Ekspertlərin də dəyərləndirdikləri kimi, Trampın həyata keçirdiyi bu siyasət açıq ürək əməliyyatına bənzədilir. Bu isə çox riskli, məsuliyyətli əməliyyatdır. Hər halda Tramp Administrasiyası və Administrasiyada təmsil olunan şəxslərin atılmış addımları ölçüb-biçdiklərini düşünürük. Əks halda, belə riskli addımlar atmazdılar. Maskın da verdiyi açıqlamalar, böyük ehtimalla, Trampla razılaşdırılır. Bütün bunlar ümumi planın tərkib hissəsi kimi dəyərləndirilməlidir”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 10 Fevral 2025, 15:40   
Chosen
21
pravda.az

1Sources