EN

Naxçıvanda ağır qəza - 5 nəfər xəsarət alıb

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistral yolunda, Şərur rayonu ərazisində qeydə alınıb.

68-BD-567 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı 5 nəfər xəsarət alıb.
Onlar Şərur Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

Chosen
14
5
modern.az

10Sources