EN

Bu şirkət əməkdaşları adından ianə edir

Trendyol şirkəti işçilərinin şirkətdəki fəaliyyətini maraqlı formada dəyərləndirir. Belə ki, əməkdaşlarının şirkətdəki hər ili tamam olduqda  onların adından müxtəlif təşkilatlara ianələr edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova şirkətdəki bir ilinin tamam olması ilə bağlı ‘’Linkedin’’də paylaşım edib. 

Onun paylaşdığı posterdə bu münasibətlə ‘’UNİCEF’’ə ianə edildiyi qeyd olunub: 

“Sizinlə birlikdə ortaq bir məqsədə doğru irəliləyən güclü bir komandamız var və əldə etdiyimiz uğurun arxasında siz də varsınız. Komandamızın bir parçası olduğunuz üçün çox məmnunuq. Sizin ilk ilinizi qeyd etmək üçün adınızdan ‘’UNICEF’’ə  ianə etdik. Bu ianə, dünyanın ən çətin bölgələrində yaşayan uşaqlara dəstək olacaq”.

Lamiyə Məmmədova

Chosen
6
qafqazinfo.az

1Sources