EN

“Birbank” vasitəsilə sığorta alanlara şad xəbər

“Birbank” müştərilərinin tələb və ehtiyaclarını qarşılayan məhsullar təqdim etməyə davam edir.

Belə ki, yenilənən “İcbari Avto Sığorta” məhsulu indi “Birbank”lılara daha böyük üstünlüklər qazandırır. Yeni avtomobil alanlar və avtomobilinin icbari sığortasını yeniləməli olanlar üçün cərimə olunmaq qorxusu, vasitəçi axtarmaq təlaşı, sığortanın son günü həyacanı keçmişdə qaldı. Artıq icbari sığortanı vaxt itirmədən cəmi bir neçə kliklə əldə etmək mümkündür.

“Birbank” mobil tətbiqində təkmilləşdirilən şəxsi kabinet hissəsinə sığortanın başlama və bitmə funksiyası da əlavə edilib. Nəticədə icbari avtomobil sığortasını əldə etmək daha da asanlaşıb. Artıq istifadəçilər “Bank məhsulları sifariş edin” bölməsindən “Sığorta əldə et” bölməsinə keçid edərək, “İcbari Avto Sığorta” hissəsini seçə və rəqəmsal dünyanın yaratdığı üstünlüklərdən cəmi 3-4 dəqiqəyə faydalana bilərlər.

Ətraflı məlumat üçün: https://birbank.az/products/insurance/compulsory/auto

“Birbank”ın daha bir təklifi isə “Səyahət sığortası” ilə bağlıdır. Səyahət sığortası səyahəti sevən hər kəsə dünyanı təhlükəsiz və rahat kəşf etməyi vəd edir. “Birbank” mobil tətbiqində “Bank məhsulları sifariş edin” bölməsindən “Sığorta əldə et” bölməsinə keçid edərək özünüzə və sevdiklərinizə ürək rahatlığı ilə limitsiz və təhlükəsiz səyahət hədiyyə edə bilərsiniz.

Chosen
14
29
publika.az

10Sources