EN

ABŞ və Kanada institutunun elmi rəhbəri vəfat edib

ABŞ

Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun elmi rəhbəri və keçmiş direktoru Sergey Roqov 77 yaşında dünyasını dəyişib. “Ulusum”.az xəbər verir ki, bu barədə institutun mətbuat xidməti "İnterfaks"a məlumat verib.Vida mərasiminin tarixi və yeri ilə bağlı məlumat sabah institutun rəsmi saytında dərc olunacaq.Sergey Roqov sovet və rusiyalı politoloq, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü olub. O, Rusiya-Amerika münasibətləri üzrə tanınmış mütəxəssis kimi çıxış edib və 300-dən çox məqalə, 16 monoqrafiya müəllifi olub.Roqov 22 oktyabr 1948-ci ildə Moskvada anadan olub. 1971-ci ildə MDU-nu (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) bitirib. 1976-cı ildə ABŞ və Kanada İnstitutunun aspiranturasını tamamlayaraq namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib.Elmi və İdarəçilik Fəaliyyəti1989-1991-ci illərdə ABŞ və Kanada İnstitutunun Hərbi-Siyasi Araşdırmalar şöbəsinə rəhbərlik edib.1991-1995-ci illərdə institutun direktor müavini olub.1995-ci ildən 2015-ci ilə qədər institutun direktoru vəzifəsini icra edib.2015-ci ildən institutun elmi rəhbəri vəzifəsini daşıyıb.Sergey Roqov həmçinin Rusiya hökuməti yanında İqtisadi Şura, Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirliyi nəzdində elmi şuraların üzvü olub.Səidə

Diqqət Çəkənlər

Uşaqların sözə baxmaması: səbəblər və həllər

Qüantanamoda miqrant böhranı

Ərdoğan Azərbaycanla əhəmiyyətli sazişi təsdiqlədi

Chosen
5
ulusum.az

1Sources