EN

Burkina Fasonun Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

Bakı, TurkicWorld

Burkina Fasonun Prezidenti kapitan İbrahim Traore Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

TurkicWorld xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə bağlı xəbəri dərin kədərlə qarşıladıq.

Həmin faciəvi hadisə ilə bağlı Sizə dərin hüznlə başsağlığı verir və Burkina Faso xalqının həmrəyliyini ifadə edirəm.

Cənab Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Chosen
3
24
turkic.world

10Sources