Albaniyada ölkə çempionatının 24-cü turunun bir sıra oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Elbasani" ilə qarşılaşıb.


Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Əliyev 46-cı dəqiqədə meydana daxil olub.


Hazırda "Eqnatiya" 45 xalla liderliyini davam etdirir.