EN

Rusiyada uşaq bağçasında dron qalıqları yanğına səbəb olub - ÖZƏL

Kursk vilayətinin Yubileynıy kəndindəki uşaq bağçasında pilotsuz uçuş aparatlarının (PUA) dağıntıları nəticəsində yanğın başlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın sərhəd bölgəsinin operativ qərargahı öz Telegram kanalında məlumat yayıb.

Onlar aydınlaşdırıblar ki, yanğın baş verən uşaq bağçası birmərtəbəli binadır. Yanğın 350 kvadratmetr ərazini əhatə edib. Artıq yanğın söndürülüb. İlkin məlumata görə, xəsarət alan olmayıb.

"Bu gün bağça uşaqları evdə qalacaq. Uşaqların digər məktəbəqədər təhsil müəssisələrinə yerləşdirilməsi məsələsi üzərində iş aparılır", - deyə operativ qərargahın məlumatında bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
10
olaylar.az

1Sources