EN

RF liderləri İrəvana getmək üçün növbəyə dayanıb

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfərləri barədə danışıb.

Diplomat qeyd edib ki, Rusiya siyasətçilərinin Ermənistana səfəri ilə bağlı məsələlər üzərində iş aparılır. Lakin səfir dəqiq tarixlər barədə heç nə deməyib.

Bundan əlavə, Kopırkin xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanı Qələbə Paradına dəvət edib. Sonda o əlavə edib ki, Moskva Ermənistan hökuməti başçısının Moskvaya səfərinə ümid edir.

//Samir Qurbanov, Editor.az

Chosen
19
editor.az

1Sources