EN

Melkonyan Paşinyanın ABŞ səfərindən danışdı

Nikol Paşinyanın ABŞ səfəri hansı nəticələrlə yadda qaldı?

Musavat.com-un erməni mediasına istinadən xəbərinə görə, bu suala yerli ekspert Sergey Melkonyan ümidsiz cavab verib.

Erməni ekspertin fikrincə, səfərin əsas məqsədi sayılan Donald Trampla görüş keçirmək yerinə yetirilməyib.

“Tramp İsrail və Yaponiya liderləri ilə fərdi görüşlər keçirsə də, Paşinyan üçün belə bir imkan yaradılmayıb. Hətta beynəlxalq tədbirlər çərçivəsində belə bir görüşün baş tutmaması səfərin uğursuz hesab edilməsinə səbəb olub.

Bundan əlavə, Paşinyanın ABŞ-ın vitse-prezidenti Cey Di Vens ilə görüşündə də mühüm məqamların müzakirə edildiyinə dair heç bir sübut yoxdur. ABŞ tərəfi bu görüşlə bağlı rəsmi kanallarında heç bir açıqlama verməyib – nə Vensin sosial şəbəkələrində, nə də rəsmi hökumət saytlarında bu barədə məlumat yer alıb. Bu isə Vaşinqtonun İrəvana prioritet kimi baxmadığını göstərən əsas əlamətlərdən biridir”, – deyə Melkonyan bildirib.

Chosen
20
ictimairey.az

1Sources