EN

PSJ "Real"ın ulduzunu istəyir

PSJ klubu "Real"ın fransız yarımmüdafiəçisi Orelyen Çuameni ilə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.

Bildirilir ki, Paris təmsilçisi 25 yaşlı futbolçunu yay transfer pəncərəsində heyətinə qatmağı ciddi şəkildə düşünür. Qeyd olunur ki, "kral klubu" futbolçusu üçün 2022-ci ildə "Monako"nun onun üçün ödədiyi məbləği - 80 milyon avro istəyir.

Qeyd edək ki, 2024/25 mövsümündə Orelyen Çuameni klub səviyyəsində 29 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Chosen
7
publika.az

1Sources