Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin deyir ki, Qərb Ermənistanda Rusiyanı əvəzləmək istəyir.
Onun sözlərinə görə, onlar İrəvanı Rusiyanın iştirak etdiyi assosiasiyalarla əlaqələri kəsməyə təhrik edir.
Nazir müavini hesab edir ki, Ermənistanın da üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) respublikanın “təhlükəsizliyinin məhək daşı”dır. O, Avrasiya İqtisadi İttifaqını Ermənistanın iqtisadi rifahının açarı adlandırıb. “Ermənistanda Qərb Aİ-nin müşahidəsi və əslində kəşfiyyat, missiyası vasitəsilə möhkəmlənməyə çalışır”, – deyə Qaluzin RİA Novosti-yə bildirib.
Qeyd edək ki, 2024-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakının dondurulduğunu elan edib və assosiasiyadan çıxmağa ehyam vurub. O, təşkilatı respublikanın təhlükəsizliyi və suverenliyinə təhdid adlandırıb və dekabr ayının Ermənistanla KTMT arasında münasibətlərdə geri dönüş nöqtəsi olduğunu bəyan edib. Kreml KTMT-dən heç bir təhlükənin olmadığını təkid edir.
//Samir Qurbanov, Editor.az