Böyük Britaniyanın enerji şirkəti BP Kərkükdə dörd neft və qaz yatağının yenidən işlənməsi layihəsinin müddəti ərzində 25 milyard dollara qədər sərmayə qoymağı planlaşdırır.
Razılaşma Bağdadın enerji sektoruna xarici investisiyaları cəlb etmək səylərində mühüm addım olacaq.
İraqın yüksək rütbəli neft rəsmisi Reuters agentliyinə bildirib ki, müqavilənin yaxın həftələrdə imzalanması gözlənilir və BP mənfəət bölgüsü modeli vasitəsilə 25 il ərzində 20-25 milyard dollar sərmayə qoyacaq.
Razılaşma, İraqın neft hasilatı illərlə davam edən müharibə, korrupsiya və məzhəb gərginliyi ilə məhdudlaşdıqdan sonra dönüş nöqtəsi olacaq.