EN

Türkiyə lirəsi ABŞ dolları qarşısında antirekordunu yeniləyib

Banklararası bazarda ABŞ dollarının məzənnəsi 2025-ci il fevralın 10-da 36.02 Türkiyə lirəsi (TL) səviyyəsində açılış edib. Gün ərzində məzənnə 36.04 TL-yə qədər yüksələrək yeni rekord həddə çatıb...

Oxu.Az bu barədə "Türkiye Gazetesi"nə istinadla xəbər verib.

Bildirilib ki, ABŞ Prezidenti Trampın polad və alüminiuma 25% gömrük vergisi tətbiq edəcəyini açıqlaması və digər ölkələrə də əlavə vergilər tətbiq edəcəyini bildirməsi dollar indeksinin yüksəlməsinə səbəb olub. Bu qərar qlobal bazarlarda dolların möhkəmlənməsinə gətirib çıxarıb.

Ötən həftə 108.00 səviyyəsində bağlanan DXY (Dollar İndeksi) yeni həftəyə 108.40 səviyyəsindən başlayıb.

Xatırladaq ki, yanvarın sonunda Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini 47.5%-dən 45%-ə endirib.

Poliqon.info

Chosen
3
1
poliqon.info

4Sources