EN

Ərdoğan Netanyahudan 100 milyard dollar tələb etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzaya 100 milyard dollar təzminat ödəməli olduğunu deyib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Netanyahu öz torpaqlarından çıxara bilmədiyi qəzzalılara yer axtarmaq əvəzinə, vəsait axtarmalıdır”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri Netanyahunun Qəzzaya vurulan 100 milyard dollar zərəri ödəməli olduğunu qeyd edib.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından mümkün köçürülməsi ilə bağlı açıqlamalarına münasibət bildirərək, onların öz torpaqlarında qalacaqlarını vurğulamışdı.

Chosen
6
1
publika.az

2Sources