EN

Kreditlərlə bağlı MÜHÜM XƏBƏR: İşdən çıxarılanların krediti bu formada ödənilməlidir

Azərbaycanda problemli kreditlər kifayət qədərdir. Bəzi hallarda vətəndaş götürdüyü krediti müxtəlif səbəblərdən ödəyə bilmir. Bu zaman banklar da ziyana düşür, vətəndaş da borcunu ödəyə bilmədiyi üçün bir çox çətinliklərə məruz qalır.


Bəs ölkəmizdə verilən kreditlərin sığortalanması prosesi necə baş verir?


Hüquqşünas, iqtisadçı-ekspert Əkrəm Həsənov “Referans”-a açıqlamasında bu sualları cavablandırıb.




“Şəxs bankdan və ya bank olmayan kredit təşkilatından (BOKT) kredit götürərkən paralel olaraq sığorta şirkəti ilə də müqavilə bağlıyır. Burada iki cür sığorta növü ola bilər: həyat sığortası və kreditin sığortası. Birinci halda, şəxs əgər həyatını itirdisə, bu zaman sığorta şirkəti bu krediti bağlamalıdır amma burada incə nüanslar var ki, məhz bu səbəblərdən son vaxtlar olduqca çox problemlər yaranır. Bəzən sığorta şirkətləri müqavilədə qeyd edirlər ki, şəxs müəyyən xəstəliklərdən dünyasını dəyişdikdə mən krediti bağlamayacam. Yaxud hansısa xəstəlik olduqda və vətəndaş bunu sığorta şirkətinə bildirmədikdə bəzən şirkət krediti qarşılamaqdan boyun qaçırır. Əsasən, şəxs dünyasını dəyişdikdən sonra onun müəyyən xəstəliklərdən ortaya çıxarsa, bu zaman da sığorta şirkəti dünyasını dəyişən şəxsin kreditini qarşılamır”.


Ekspert qeyd edib ki, digər bir növ isə kreditin qaytarılmasının yəni şəxsin mülki öhtəliklərinin sığortasıdır. Bu sığorta növündən isə Azərbaycanda, demək olar ki, istifadə olunmur.


“Bu sığorta növü adətən şəxs işsiz qaldıqda və ya buna bənzər başqa hallarda, yəni şəxs artıq nəzərdə tutulan pulu ödəməyə bilmədikdə qüvvəyə minir. Lakin Azərbaycanda sığorta şirkətlərinin belə bir məhsulu yoxdur. Əslində, bu onların öz seçimidir, istəsələr təklif edə bilərlər lakin etmirlər. Xarici ölkələrdə isə bu təcrübə mövcuddur. Sığorta şirkəti kredit götürən şəxsi sığortalayır ki, sən sabah krediti verə bilməsən mən verəcəm. Bunu bir növ zamin anlayışı ilə də uyğunlaşdırmaq olar”.

 

Fidan Vəlisoy 

Chosen
11
referans.az

1Sources