EN

Pul yığmaq üçün saxta toy keçirdilər

Çinli qadın qohumlarını aldadaraq 1,6 milyon dollar pul yığmaq üçün saxta toy edib.

News24.az bildirir ki, Şanxaylı Menq adlı qadın əvvəllər də külli miqdarda fırıldaqçılıq ittihamı ilə həbs cəzasına məhkum edilib.

O, avtostopla məşğul olarkən tanış olduğu ərini daşınmaz əmlak sahəsində uğurlu iş adamı kimi təqdim edərək qohumlarını aldadıb. Bu dələduzluğun köməyi ilə o, ailədən təxminən 1,6 milyon dollar oğurlamağı bacarıb.

Onu da qeyd edək ki, toydan sonra Menq qohumlarına bildirib ki, yeni əri iri infrastruktur layihələrində iştirak edir və onlara sərfəli qiymətə daşınmaz əmlak almağa kömək edə bilər. 

Ən maraqlısı odur ki, saxta gəlin öz fikrini sübut etmək üçün o, 137 min dollara mənzil alıb və əmisi oğluna onu yarı qiymətinə satıb və ondan endirimin ərinin əlaqələri sayəsində mümkün olduğunu başqalarına deməsini istəyib.

Lakin sonradan saxtakarlığın üstü açılıb və qadın həbs edilib. Daha sonra məhkəmə onu dələduzluq ittihamı ilə həbs cəzasına məhkum edib, əri isə məsuliyyətdən azad edilib.

Zəhraxanım Şeydayeva

Chosen
11
news24.az

1Sources