EN

Kirayə mənzil bazarında ''əl yandıran'' qiymətlər-yeni məbləğlər

‘’Hazırda kirayə qiymətlərinin dayanmadan bahalaşması ən aktual mövzulardan biridir. Əslində qiymətə bir çox amillər təsir edir. İlk qiymət bahalaşması təxminən 2010-cu ildə başladı. Bu da məşhur "Sovetski" ərazinin sökülməsi nəticəsində baş verdi’’.

Bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Azadov ‘’Ajans.az’’-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki,’’Sovetski’’-də yerləşən həyət evlərinin qiyməti olduqca aşağı idi:                                                                                                                                                                                                                                                                                                                                                                                                                            ‘’ Lakin sökülmə işləri nəticəsində xeyli sayda ucuz mənzillər sıradan çıxdı. Qeyd edim ki, həmin vaxtlar kirayə mənzillərin qiyməti 150, 200,300 manat civarında idi. Həmin evlərin istifadəçiləri isə tələbələr və regionlardan gələn az təminatlı ailələrdir. Ümumi ucuz kirayə fondunun 10 faizi bu kimi ərazilərdə coğrafi olaraq yerləşiblər. Sökülmə və şəhərin urbanizasiyası nəticəsində şəhərdə qıtlıq yaranmağa başladı. Ciddi qıtlıq 2016-cı ildə daha çox nəzərə çarpır. Nazirlər Kabinetinin 86 saylı qərarı ilə Nərimanov, Nəsimi, Yasamal rayonları ərazisində yerləşən köhnə yaşayış fondlarının sökülməsi nəticəsində təlabat artdı. Yəni, orada yaşayan sakinlərin müvəqqəti təminatı ilə bağlı kirayə evlərə ehtiyacı iki qat çoxaldı. 2016-cı ildən başlayaraq kirayə qiymətlərində 20-25 faiz kəskin artım qeydə alınıb. Sonrakı dövrlərdə isə ilbəil 5-7 faiz yüksəlib. Ən çox artım avqust, sentyabr aylarında tələbələrin axın dövrü ilə əlaqəlidir. Bakının mərkəz hissəsində yerləşən 1-2 otaqlı mənzillərə də təlabat çoxalıb. Əsasən turizm sahəsində işləyən şəxslər mənzillərə əlavə pul ödəyərək turistlərə sutkalıq şəkildə icarəyə verirlər. Növbəti sıçrayış isə pandemiya dövründə yaşandı. Çünki pandemiya bitdikdən sonra regionlarda yaşayan sakinlər kütləvi şəkildə paytaxtda məskunlaşmağa başladılar. Həmçinin, 2022-ci ildə Rusiya-Ukrayna arasında başlayan müharibə problemləri kirayə mənzillərin qiymətinə təsir etdi. Son qiymət bahalaşması COP29 tədbiri ilə bağlıdır. Çünki həmin ərəfələr mənzil qıtlığı olduğu üçün qiymətlər fantastik şəkildə qalxdı. Bir sözlə, bu tendensiya payızdan başlayaraq hələ də davam edir. Lakin COP29-dan sonra şəhərdə ciddi tıxac problemi yaşanır. Şəhərdən kənarda yaşayan xüsusi ilə gənclər paytaxtın mərkəzində ev kirayəliyirlər. Bu səbəbdən kirayə mənzil bazarında qiymət artımı müşahidə edilir".

Chosen
4
Ajans.az

1Sources