EN

Tanınmış Həkim: Maqnit qasırğası bütün insanlarda eyni şəkildə təsir etmir

Buna görə də şəxsi vəziyyətinizə uyğun olaraq düzgün tədbir görmək önəmlidir

Geomaqnit qasırğası fevralın 12-ə qədər davam edəcək.
Bu barədə  Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.
Bildirilib ki, 10 fevralda mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının təsiri ilə G1 (zəif) səviyyəli qasırğanın davam edəcəyi, 12 fevralda isə 08 fevralda baş vermiş Tac Kütlə Atılmasının təsiri gözlənilir.

Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında bildirib ki, maqnit qasırğaları hər 11 ildən bir aktivləşən bir problemdir: 

“Bu günəş sistemində parçalanmalarla bağlı problemdir. Bu zaman meteohəssas insanlar hadisəyə qarşı çox dəqiq və həssas olmalıdır. Arterial təzyiqi yüksək və şəkər xəstələri, ürək damar sistemi xəstəlikləri olan insanlar metohəssas insanlar adlanır. Eyni zamanda bunlar daha çox ehtiyatlı olmalıdır. Digər tərəfdən geomaqnit qasırğası zamanı təzyiqi yüksək olan insanlarda daha çox təzyiq yüksəlməsi müşahidə olunur. Ümumi əlamətlərə isə baş ağrısı, halsızlıq, yuxusuzluq  və zəiflik daxildir. Bu qrupa aid insanlar, həmin müddətdə məcburi deyilsə, evdə olsunlar və yaxud çıxarlarsa istifadə etdikləri dərmanlar özlərində saxlasınlar. Həmçinin, əgər baş ağrısı və ya digər simptomlar davam edirsə, bir həkimlə məsləhətləşmək vacibdir. Maqnit qasırğası bütün insanlarda eyni şəkildə təsir etmir, buna görə də şəxsi vəziyyətinizə uyğun olaraq düzgün tədbir görmək önəmlidir. Ümumiyyətlə maqnit qasırğaları hər 11 ildən bir aktivləşdiyinə görə 2030-cu ilə qədər davam edəcək. Həmçinin alimlərin hesablamalarına görə 11 il sakitlik olacaq və 11 ildən sonra da yenə davamlı şəkildə arabir olaraq bu qasırğaları görəcəyik”.
Chosen
21
sherg.az

1Sources