EN

Avropa Komissiyası ABŞ-nin rüsum planına CAVAB HAZIRLAYIB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Avropa Komissiyası (AK) ABŞ Prezidenti Donald Trampın Avropa mallarına rüsum tətbiq etmək təhdidlərinə cavab olaraq sərt bəyanatla çıxış edib.
Oxu.Az-ın məlumatına görə, sənəd Avropa Komissiyasının saytında dərc olunub.
Bildirilir ki,  ABŞ-nin Avropa mallarına tariflər tətbiq etməsi qanunsuz sayılacaq, Avropa İttifaqı öz maraqlarını qoruyacaq.
"Xüsusilə də Aİ və ABŞ-nin transatlantik ticarət və investisiyalar vasitəsilə yaratdığı dərin inteqrasiya olunmuş istehsal zəncirlərini nəzərə alsaq, rüsumların tətbiqi qanunsuz və iqtisadi cəhətdən kontrproduktiv (əks-effekt vermək) olardı. Biz Avropa biznesinin, işçilərin və istehlakçıların maraqlarını əsassız tədbirlərdən qorumaq üçün reaksiya verəcəyik", - deyə bəyanatda qeyd olunur.
Fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını ölkəyə qarşı ədalətsiz ticarət siyasəti yürütməkdə günahlandıraraq, yaxın zamanda Avropa mallarına rüsumların tətbiq ediləcəyini elan edib. ABŞ prezidenti hesab edir ki, onun ölkəsi demək olar ki, dünyanın bütün dövlətləri tərəfindən aldadılıb.
Ekspertlər bildirirlər ki, Tramp ittifaq ölkələrinə rüsumlar tətbiq edərsə, Aİ ABŞ-nin iri texnologiya şirkətlərinə qarşı cavab tədbirləri görə bilər.
Chosen
9
oxu.az

1Sources