EN

BP və tərəfdaşları Mavritaniya və Seneqal şelfində qazın mayeləşdirilməsinə başlayıb

Mavritaniya və Seneqal şelfində “Greater Tortue Ahmeyim” (GTA) layihəsi çərçivəsində mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyası əldə edilib.

Bu barədə “Report” layihənin səhmdarı olan ABŞ-ın “Kosmos Energy” şirkətinin məlumatına istinadən xəbər verir.

Layihənin operatoru 56 % paya sahib Britaniyanın BP şirkətidir, “Kosmos Energy”ə 27 %, “Petrosen”ə 10 %, SMH-a isə % məxsusdur.

Neft hasilatı, saxlanması və boşaldılması üzrə qurğuya (FPSO) yataqdan qaz təchizatı 2024-cü ilin dekabrında başlayıb.

BP alıcıya (bp gas marketing ltd.) ilk LNG partiyasının ixracı üçün tankerin 2024-cü ilin birinci rübündə gələcəyini bildirib.

İllik 2,3 milyon ton LNG istehsalı üçün nəzərdə tutulmuş GTA layihəsinin birinci fazası üzrə yekun investisiya qərarı 2018-ci ilin dekabrında qəbul edilib. Qazın mayeləşdirildiyi “Gimi FLNG” üzən qurğu “Golar LNG”yə məxsusdur.

Chosen
6
1
ictimairey.az

2Sources