Mavritaniya və Seneqal şelfində “Greater Tortue Ahmeyim” (GTA) layihəsi çərçivəsində mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyası əldə edilib.
Bu barədə “Report” layihənin səhmdarı olan ABŞ-ın “Kosmos Energy” şirkətinin məlumatına istinadən xəbər verir.
Layihənin operatoru 56 % paya sahib Britaniyanın BP şirkətidir, “Kosmos Energy”ə 27 %, “Petrosen”ə 10 %, SMH-a isə 7 % məxsusdur.
Neft hasilatı, saxlanması və boşaldılması üzrə qurğuya (FPSO) yataqdan qaz təchizatı 2024-cü ilin dekabrında başlayıb.
BP alıcıya (bp gas marketing ltd.) ilk LNG partiyasının ixracı üçün tankerin 2024-cü ilin birinci rübündə gələcəyini bildirib.
İllik 2,3 milyon ton LNG istehsalı üçün nəzərdə tutulmuş GTA layihəsinin birinci fazası üzrə yekun investisiya qərarı 2018-ci ilin dekabrında qəbul edilib. Qazın mayeləşdirildiyi “Gimi FLNG” üzən qurğu “Golar LNG”yə məxsusdur.