EN

Zelenski üçün Tramp və Putin danışıqları artıq əhəmiyyətli deyil

Zelenski

ABŞ prezidenti Donald Tramp fevralın 9-da Rusiyaya prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib. Verilən məlumata görə, Ukraynadakı meharibə müzakirə olunub. Əvvəl isə, fevralın 7-də də Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini də demişdi.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, Donald Trampın Vladimir Putininlə son telefon danışığından hər hansı bir nəticə gözləmək sadəlövhlükdür. Əksinə, Donald Trampın Zelenski ilə görüşməkdən, danışmadan Vladimir Putinlə danışması, Ukraynanı müzakirə etməsi ən azı Ukrayna dövlətinə, Kiyev hakimiyyətinə hörmətsizlik, saymamazlıqdi. Ukraynaya olan dəstəyə kölgədir:

"Zelenskinin isə şəxsi xüsusiyyətlərini nəzərə alsaq, Tramp və Putin danışıqlarını gözdən salan addım atacağı şübhəsizdir.

Vladimir Zelenski artıq hərəkətə keçdi, ölkədə mövcud səfərbərlik fonunda, gənclərin yüksək imtiyaz və şərtlərlə orduya cəlb olunması üçün fərman imzaladı. Həmin fərmanla Zelenski orduya 800 min gənc ordu sıralarında gətirə bilər. Heç şübhəsiz ki, Zelenski müharibənin dayandırılması üçün müəyyən danışıqlar aparmaqla vaxt qazanmaq niyyətindədir.

Ukrayna öz silah sənayesini gücləndirmək və hətta nüvə potensialı ilə bağlı işlərə də başladığını istisna etmək olmaz. Zaman Ukraynanın xeyrinə işləyəcək. Məhz buna görə də Rusiya atəşkəsə getmək istəmir ki, Ukrayna özünü bərpa etsin və hərbi sənayesini müharibə şəraitinə uyğunlaşdırsın, qura bilsin".

V.Dadaçovun fikrincə, ümumiyyətlə isə Donald Tramp öz ölkəsi və ancaq İsrailin maraqları üçün düşünən şəxsdir. İsrailin maraqları üçün İranla da razılaşa bilər və artıq İranla danışıqların mümkünlüyünü də elan edilib. Ukraynın torpaqları işğalı və onun azad edilməsi ancaq Ukraynanın ancaq və ancaq öz baş ağrısıdır. Ukrayna məğlubiyyəti qəbul etməyəcək, müharibə uzanacaq.

Cavid

Chosen
7
xalqcebhesi.az

1Sources