EN

Postekoqlu “Aston Villa”ya məğlubiyyətə aydınlıq gətirdi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Kubokunun 1/16 finalında “Aston Villa”ya səfər məğlubiyyətini (1:2) şərh edib.

Arena.az BBC-yə istinadən, yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Əslində heç nə dəyişməyib. İndi həftənin ortasından ixtiyarımızda oyunlar olmayan cüt həftəmiz var. Bu oyunçular dəstəsi iki ay yarımda inanılmaz işlər edib. İndi, növbəti iki həftə ərzində bizim bərpa olmaq və bəzi zədəli oyunçuları geri qaytarmaq imkanımız olacaq.

Bu gün əsas heyətin 11 oyunçusu yox idi. İxtiyari bir komandanı bir oyunluğa bundan məhrum edin və onun fəsadları baş qaldıracaq, amma biz bunu iki ay yarımdır ki, yaşayırıq. Bəzi oyunçuları geri qaytaracağıq və bu, bizə kömək edəcək”, deyə Postekoqlu vurğulayıb.

Məğlubiyyət nəticəsində “Tottenhem” İngiltərə Kubokunda mübarizəsinə xitam verib, “Aston Villa” isə 1/8 finala adlayıb.

Xatırladaq ki, İngiltərə Kubokunun cari qalibi “Mançester Yunayted”dir. Ötən mövüm yarışın həlledici oyununda “qırmızı şeytanlar” əzəli rəqibi “Mançester Siti”ini 2:1 hesabı ilə məğlub etmişdilər.

Chosen
39
arena.az

1Sources