EN

İbrahim Traore İlham Əliyevə başsağlığı verdi


Burkina Fasonun Prezidenti İbrahim Traore Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
Yeniavaz.com
xəbər verir ki, məktubda deyilir:
“Cənab Prezident.
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin ötən il dekabrın 25-də Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə əlaqədar böyük kədər hissi keçirdik.
Həmin faciəvi hadisə ilə bağlı Sizə dərin hüznlə başsağlığı verir və Burkina Faso xalqının həmrəyliyini ifadə edirəm.
Chosen
26
24
yeniavaz.com

10Sources