Rumıniya Prezidenti Klaus Yohannis fevralın 12-də istefaya gedəcəyini açıqlayıb.
İNFOAZ.WS xəbər verir ki, dövlət başçısı bu addımını Parlamentin onunla bağlı impiçment qərarı verə biləcəyi ilə əsaslandırıb:
“Rumıniyanı və vətəndaşlarımızı bu böhrandan xilas etmək üçün mən Prezident vəzifəsindən istefa verirəm. Fevralın 12-də bu postu tərk edəcəyəm” – deyə, K. Yohannis bəyan edib.(apa)