EN

Ruslar etiraf edə bilmirlər, çünki… - Təyyarə qəzası məsələsi

"Rusiya və Azərbaycan arasında çox zəngin müştərək keçmiş var. Biz Rusiyanın tərkib hissəsi olmuşuq. Ortaq itkilərimiz, qələbələrimiz, məğlubiyyətlərimiz, mədəni irsimiz olub. Azərbaycan əhalisinin xeyli hissəsi rus dilində danışır. Çox geniş rus məktəbləri şəbəkəsi var. Təbii ki, təhlükəsizlik sahəsində də bizim ortaq maraqlarımız var".   

Bu sözləri politoloq Zərdüşt Əlizadə son günlər Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsini şərh edərkən deyib. 

Onun sözlərinə görə, bu maraqlar bəzən Rusiya tərəfindən Azərbaycanın mənafeyinə zidd həyata keçirilir: 

"Hamı bilir ki, SSRİ dağılanda bizə qarşı qəddar cəza əməliyyatı keçirilmişdi. Torpaqlarımızın Ermənistana verilməsində Rusiya həlledici rol oynayıb. Lakin onu da unutmayaq ki, Azərbaycanda iqtisadi vəziyyət ağırlaşanda 1 milyona yaxın vətəndaşımız Rusiyaya işləmək üçün getmişdi.   Rusiya və Azərbaycanı ortaq xalqlar, əhalilər də birləşdirir. Nə qədər azərbaycanlı Rusiyada hazırda yaşayır. 2020-ci il Vətən müharibəsindəndən sonra Qarabağ qayıdandanda bizi ayıran hər hansı bir ciddi maneə qalmadı. İndi Rusiya və Azərbaycan arasında ortaq iqtisadi layihələr müzakirə olunur".   Politoloq onu da qeyd edib ki, Rusiyanın bəzi məmur təbəqəsi, satqın siyasətşünasları məlum təyyarə qəzasından bəhrələnib münasibətləri zəhərləyə bildilər: 

"Təyyarənin vurulması təsadüf idi. Bu təsadüf də Rusiyada hökm sürən dərəbəyliyin nəticəsidir. Sonra qabiliyyətləri çatmadı ki, öz günahlarını etiraf edib üzr istəsinlər. Rusiya məmurlarının xisləti odur ki, onlar keçmiş sovet ölkələrinə yuxarıdan aşağı baxırlar. Rus deputatları hamısı ağzını qoyub Allah yoluna danışırlar. Rusiya və Azərbaycan bir-birilə mehriban yaşamağa məhkumdurlar. Rusiya da başa düşməlidir ki, Azərbaycanla düşmənçilik onları xeyli imtiyazlardan məhrum edə bilər". 

Chosen
73
50
news365.az

10Sources