19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsinin matçları üçün heyəti bəlli olub.


Rekord.az xəbər verir ki, yığmaya 18 oyunçu cəlb edilib.


Komanda bu gündən fevralın 14-dək Bakıda təlim-məşq toplanışı keçəcək.


U-19 fevralın 15-dən 26-dək Albaniyada Avropa çempionatının II seçmə mərhələsinin B qrupunda iştirak edəcək. Milli fevralın 18-də Şimali İrlandiya, fevralın 21-də Albaniya, 3 gün sonra isə Monteneqro ilə üz-üzə gələcək.


Millimizin heyəti və oyunlarının təqvimi belədir: Mehriban Şahməmmədova, Məsumə Nəzərli, Mədinə Curuqova, Aysu Murtuzayeva, Lalə Abbaszadə (hamısı “Neftçi”), Güləsər İsmailova, Fatimə Əhmədova, Röya Əliyeva, Mədinə Qadimaliyeva (hamısı “Sumqayıt”), Aydan Əkbərova, Pərişan Abdullayeva, Vahidə Əlipaşayeva, Aysel Cumayeva (hamısı “Dirçəliş”), Aysel Ziyadova, Səma Həsənli, Günel Muradova (hamısı “Qəbələ”), Ülviyyə İslamova (“Baku Juniors”), Aydan Həsənova (“Gazikentspor”, Türkiyə).