EN

Nikol "bacısının" yanına qaçdı: O, Qərbin "xoşuna gəlmək" üçün Azərbaycana qarşı saxta ittihamlar irəli sürəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın paytaxtı Parisə rəsmi səfərə yollanıb.
Bu barədə məlumatı Paşinyanın Mətbuat xidməti yayıb.
O, səfər çərçivəsində süni intellektlə bağlı sammitdə iştirak edəcək, eləcə də Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.
Paşinyanın Parisə səfəri iki gün davam edəcək.

Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a deyib ki, Ermənistan və Fransa arasındakı əlaqələr həm Ermənistanın daxilinə, həm də Cənubi Qafqaza mənfi təsir edir:

"Ermənistan artıq demək olar ki, müstəqil olaraq nə daxili, nə də xarici siyasət həyata keçirə bilir. Bu gün Fransadan, o cümlədən kollektiv Qərbdən hansı göstərişlər gəlirsə, Nikol hakimiyyəti onu da edir. Nəticədə, tək Ermənistana ziyan vurulmur, məhz Cənubi Qafqazda sülh prosesinin qarşısını alınır. Çünki Fransa höküməti hər vəchlə çalışır ki, bölgədə sülh imzalanmasın. Həmçinin Azərbaycan və Ermənistan arasında danışıqlar olmasın".

Şərhçinin fikrincə, Nikol Paşinyanın Paris səfərində hər zamankı məsələlər gündəmə gələcək:
"Ermənistan Baş naziri yenə də Parisdə fərqli açıqlamalar verəcək. Eyni zamanda Qərbin "xoşuna gəlmək" üçün Azərbaycana qarşı saxta ittihamlar irəli sürəcək. Bundan "ilhamlanan" Fransa Prezidenti Emmanuel Makron  isə Azərbaycanın əleyhinə müxtəlif kompaniyalar aparmağa davam edəcək. Lakin artıq bütün dünya onların ikili oyununu görür. Nə Makron, nə də Paşinyan bu məsələlərdə səmimi deyillər. Onlar sülh müqaviləsini əngəlləmək üçün əllərindən gələni edirlər. Bundan başqa görüşdə Ermənistan və Fransa arasında iqtisadi və ya hərbi yardımla bağlı iş birliyi haqqında danışıqlar olacaq. Ümumiyyətlə bütün bunlar Ermənistan hakimiyyətinin idarə potensialını sürətlə azaldır".
Chosen
24
sherg.az

1Sources