Bakı. Trend:
Fevralın 7-si gecə saatlarında paytaxtın Nizami rayonuərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib.Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “JEEP”markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətləhədələyərək 235 manat pulunu və mobil telefonunu ələkeçiriblər.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarıtərəfindən həyata keçirilən tədbirlərin gedişi çərçivəsində hadisəbaş verən ərazidə təhlükəsizlik kameralarının görüntüləri təhliledilib. Nəticədə, quldurluq əməlini törətməkdə şübhəli bilinən 21yaşlı Emil Abbaszadə, 24 yaşlı Rauf Salmanzadə, 24 yaşlı TuralEyvazov və 23 yaşlı Mirsaleh Həsənov müəyyən olunaraqsaxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.