EN

Öcalan razılıq verdi, Bərzani və Tələbani ilə görüşə gedirlər

Türkiyənin müxalif Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndə heyəti fevralın 16-da İraq Kürd Muxtariyyətinə səfər edəcək.

Səfər çərçivəsində muxtar bölgənin rəhbərliyi ilə görüş keçiriləcək.

“Nümayəndə heyəti fevralın 16-da Ərbildə regional administrasiyanın rəhbəri Məsud Bərzani və baş naziri Nəçirvan Bərzani ilə görüşəcək. Bazar ertəsi, fevralın 17-də nümayəndə heyəti Süleymaniyyədə “Kürdüstan Vətənpərvərlər Birliyi”nin lideri Bafel Tələbani, Qubad Tələbani və birliyin digər rəsmiləri ilə bir araya gələcək”, - partiyanın açıqlamasında deyilir.

Qeyd edilir ki, görüşlə bağlı PKK terror təşkilatının lideri Abdullah Öcalan məlumatlandırılacaq.

Türkiyə mətbuatı səfərin Öcalanın PKK-ya gözlənilən çağırışı ilə bağlı olduğunu yazır. PKK liderinin qarşıdakı həftələrdə rəhbərlik etdiyi təşkilatı silahlı mübarizəni dayandırmağa və ya tərksilah olmağa çağıracağı gözlənilir. DEM ötən günlərdə Öcalanın bu çağırışı etməyə hazır olduğunu açıqlayıb.

Teleqraf

Chosen
22
herbiand.az

1Sources