EN

Minlərlə könüllü Suriyanın yeni ordusuna qoşulub

Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa minlərlə könüllünün ölkənin yeni silahlı qüvvələrinə yazıldığını bildirib.

 

“Mən Suriyada məcburi hərbi çağırış tətbiq etməmişəm. Əvəzində mən könüllü işə götürülmə prinsipini təklif etdim və bu gün minlərlə insan Suriyanın yeni ordusuna qoşulur”, - “Al Arabiya” telekanalı onun sözlərindən sitat gətirir.

 

Əl-Şara qeyd edib ki, bir çox zabit əvvəlki silahlı qüvvələrdən fərarilik edib, lakin indi onlar tədricən xidmətə qayıdırlar. O, Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.

 

O bildirib  ki, iqtisadi artım olmadan ölkə sabitliyə nail ola bilməyəcək və təhlükəsizlik çağırışlarını neytrallaşdıra bilməyəcək.

 

Nigar

 

Chosen
18
oxu24.com

1Sources