EN

İspaniya XİN başçısı: Aİ vahid bazarın maraqlarını qorumağa hazırdır

İspaniyanın xarici işlər naziri (XİN) Xose Manuel Albares əmin edib ki, Avropa İttifaqı vahid bazarın maraqlarını qorumağa hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, o, bunu jurnalistlərə bildirib.

Diplomat bu bəyanatı Vaşinqtonun ABŞ-yə bütün polad və alüminium tədarükünə 25 % gömrük rüsumu tətbiq etmək niyyəti fonunda verib. "Avropa İttifaqı hər hansı gözlənilməz vəziyyətə, Aİ-nin və vahid bazarın maraqlarını qorumağa hazırdır", - o bildirib.

XİN başçısının sözlərinə görə, hazırda sadəcə bəyanat olan bir şeyi şərh etmək çətindir.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl fevralın 10-da ABŞ-yə bütün polad və alüminium tədarükünə 25 % gömrük rüsumu tətbiq etmək niyyətində olduğunu bildirib. Bundan əvvəl o, həmçinin Avropa İttifaqından olan mallara 10 % gömrük rüsumunun tətbiqi imkanını nəzərdən keçirəcəyini vəd edib.

Tramp Kanada, Çin və Meksikadan olan mallara tariflər tətbiq edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, Meksika və Kanadadan idxala 25 % (Kanada enerji resurslarına 10 %) tarif, Çindən olan mallara əlavə 10 % tarif tətbiq edilir. Tramp bu ölkələrin rəhbərliyi ilə danışıqlardan sonra Kanada və Meksika idxalına qarşı tariflərin tətbiqini bir ay müddətinə dayandırıb. Fevralın 4-də ABŞ-nin Çin idxalına qarşı gömrük rüsumları qüvvəyə minib.

Chosen
19
2
report.az

3Sources