EN

Ankarada saxta içki faciəsi davam edir: ölənlərin sayı artdı

Ankarada saxta spirtli içkilərdən ölənlərin sayı 38-ə yüksəlib.
 
7News.Az axrici mətbuata istinadən xəbər verir ki, Ankarada daha bir saxta spirtli içki faciəsi baş verib. Son açıqlamaya görə, saxta spirtli içkilər səbəbindən həyatını itirənlərin sayı 38-ə yüksəlib.

Saxta spirtli içki istehsal edən və satan şəxslərə qarşı aparılan əməliyyatlarda saxlanılanların sayı isə 19-a yüksəlib.

Qeyd edək ki, yanvarın 14-dən indiyədək İstanbulda saxta spirtli içkilər səbəbindən 70 ölüm hadisəsi baş verib. Ankarada ilin əvvəlindən 33 nəfər həyatını itirib. İstanbulda isə yanvarın 14-dən fevralın 6-dək saxta spirtli içkilər səbəbindən 70 nəfər həyatını itirib, 150 nəfər xəstəxanaya yerləşdirilib.
 
 
 


Chosen
25
1
7news.az

2Sources