Manset.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. O vurğulayıb ki, bunun üçün İsrail və Fələstin HƏMAS-dan əldə olunan razılaşmaları yerinə yetirmək lazımdır. “İsrail və HƏMAS Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına dair saziş çərçivəsində əldə edilmiş razılaşmaları həm cari, həm də sonrakı icra mərhələsində ciddi şəkildə yerinə yetirməlidir. Qəzzada qalan bütün girovların taleyi, eləcə də İsrail həbsxanalarından fələstinli məhbusların azad edilməsi bundan asılıdır”.
Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs yanvarın 19-da qüvvəyə minib. Razılaşmaya əsasən, 42 gün davam edəcək birinci mərhələdə HƏMAS 1890 fələstinli məhbusun müqabilində 33 girovu (Aleksandr Trufanov da daxil olmaqla) azad etməlidir. Fevralın 3-də HƏMAS-ın nümayəndə heyəti Rusiyaya gələrək Qəzza zolağının bərpası və humanitar məsələlərin həlli üçün yardım istəyib.