Uşaqları Həcc ziyarətinə aparmaq qadağan olunur
Bu ildən Həcc mövsümündə zəvvarların özləri ilə uşaq aparmasına icazə verilməyəcək.
Yeniavaz.com xarici KİV-ə xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu qərar hər il Həcc ziyarəti zamanı sıxlıq yarandığı üçün uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.
Bundan əlavə, nazirlik zəvvarların təhlükəsizliyini artırmaq üçün bir sıra yeni tədbirlər həyata keçirib.