EN

Elektron sənəd formasında veriləcək sertifikatların təqdim olunmasına başlanılır

Bakı. Trend:

Elektron sənəd formasında veriləcək sertifikatların təqdimolunmasına başlanılır.

Trend xəbərverir ki, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə təşkil olunan təhsilverənlərinsertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərinelektron sənəd formasındakı sertifikatları portal.edu.azplatformasında yerləşən şəxsi kabinetlərinə əlavə edilib.

"Qeyd olunan dövrdə uğur qazanan müəllimlər portal.edu.azplatformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olaraqekranın sol hissəsində yerləşən “Sənədlərim” bölməsinə keçid edərəkelektron sertifikatlarını əldə edə bilərlər.

Elektron formada təqdim olunan sertifikatlar əlçatanlığı təminetməklə yanaşı müəllimlərin əlavə vaxt itkisinin də qarşısınıalacaq", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Chosen
18
az.trend.az

1Sources