Premyer Liqanın 2-ci turu çərçivəsində keçiriləcək “Qarabağ”la "Səbail" arasındakı oyunun biletləri bu gün saat 18:00-dan etibarən satışda olacaq.


Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.


Biletlər bu gündən etibarən iTicket.az-da onlayn, oyun günü (sabah) isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.


Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.