EN

Türkiyə 2025-ci ilin ilk ayında 25 min 688 ton fındıq ixrac edib

Türkiyə 2025-ci ilin ilk ayında fındıq ixracından 209 milyon 63 min 744 dollar gəlir əldə edib.
Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyinin (KFMİB) məlumatına görə, 2025-ci il 1-31 yanvar tarixləri arasında 25 min 688 ton fındıq ixrac edilib.
2024-cü ilin eyni dövründə 26 min 716 ton fındıq ixrac edilib. Bu ixracdan  205 milyon 697 min 550 dollar gəlir əldə edilib.



Chosen
17
trt.net.tr

1Sources